Milli Statistika Xidməti - 2024-cü ilin dekabrında Gürcüstanda tikinti bahalaşıb
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin dekabrında tikintinin dəyər indeksi əvvəlki ayla müqayisədə 2.7 faiz artıb.
Milli Statistika Xidmətinin məlumatında, sözügedən dəyişikliyə daha çox tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 12.6 faiz artmasının səbəb olduğu, bunun da ümumi indeks dəyişikliyinə 2.72 faiz bəndi töhfə verdiyi deyilir.
“Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 4.7 faiz artıb. İndeksin artımına daha çox tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 19.7 faiz və tikinti materiallarının 3.0 faiz bahalaşması səbəb olub, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə 3.01 və 1.77 faiz bəndi töhfə verib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 22.8 faiz artıb” – Milli Statistika Xidməti tərəfindən dərc edilmiş məlumatda qeyd olunub.