Milli Statistika Xidməti - 2024-cü ildə Gürcüstan üçün ən böyük ixracatçı ölkə Qırğızıstan, ən böyük idxalçılar isə Türkiyə və ABŞ olub
Milli Statistika Xidməti - 2024-cü ildə Gürcüstan üçün ən böyük ixracatçı ölkə Qırğızıstan, ən böyük idxalçılar isə Türkiyə və ABŞ olub

 
Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2024-cü ildə Gürcüstanın ümumi ixracında on ən böyük ixrac tərəfdaşı ölkənin payı 81,5 faiz təşkil edib. Ən böyük ixracatçılar üçlüyündə Qırğızıstan 1287,4 mln. ABŞ dolları ilə birinci yerdədir, 859,9 mln. ABŞ dolları ilə Qazaxıstan ikinci yerdədir, 724,5 mln. ABŞ dolları ilə isə Azərbaycan üçüncü yerdədir.

İdxala gəlincə, qurumun məlumatına əsasən, 2024-cü ildə Gürcüstanın ümumi idxalında on ən böyük idxal tərəfdaşı ölkənin payı 69,9 faiz təşkil edib. İlk üçlükdə 2770,1 mln. ABŞ dolları ilə Türkiyə, 2 047,3 mln. ABŞ dolları ilə ABŞ və 1 849,8 mln. ABŞ dolları ilə Rusiyadır.

Bununla yanaşı, qurumun hesabatına əsasən, 2024-cü ildə əmtəə qrupundan ixrac onluğunda yüngül avtomobillər 2426,8 mln. ABŞ dolları ilə birinci yeri tutub, bu da bütün ixracın 37,0 faizini təşkil edir. İkinci yeri 322,2 mln. ABŞ dolları ilə ferroərintilər tutur, 288,6 mln. ABŞ dolları ilə spirtli içkilər isə üçüncü yerdədir.

Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ildə ən böyük idxal əmtəə qrupu yüngül avtomobillər ilə təmsil olunub, onların idxalı 3 464,5 mln. ABŞ dolları və bütün idxalın 20,5 faizini təşkil edib. 1 303,0 mln. ABŞ dolları ilə ikinci yeri neft və neft məhsulları tutur, qablaşdırılmış dərman vasitələri isə 622,9 mln. ABŞ dolları ilə üçüncü yerdədir.