Milli Statistika Xidməti - 2023-cü ildə poçt və kuryer fəaliyyəti ilə məşğul olan müəssisələrin gəlirləri 187 milyon larini aşıb
Milli Statistika Xidməti - 2023-cü ildə poçt və kuryer fəaliyyəti ilə məşğul olan müəssisələrin gəlirləri 187 milyon larini aşıb

 
Milli Statistika Xidmətinin tədqiqatının nəticələrinə əsasən, 2023-cü ildə poçt və kuryer fəaliyyəti ilə məşğul olan müəssisələrin gəlirləri 187.4 milyon lari təşkil edib.

Milli Statistika Xidmətinin məlumatına əsasən, gəlirin ən böyük hissəsini, 71,4 faizini beynəlxalq poçt və kuryer xidmətlərindən, 28,6 faizini isə yerli xidmətlərdən əldə edilən gəlirlər təşkil edir.

Qurumun hesabatına əsasən, poçt və kuryer fəaliyyəti ilə məşğul olan müəssisələrin gəlirlərinin 73,6 faizi bağlamaların çatdırılmasından əldə olunub, onun 76,6 faizi beynəlxalq göndərişlərin, 23,4 faizi isə yerli göndərişlərin payına düşür.

Milli Statistika Xidmətinin məlumatına əsasən, poçt və kuryer fəaliyyəti ilə məşğul olan müəssisələrin gəlirlərinin 16,1 faizi yazılı korrespondensiyanın payına düşür, onun 57,8 faizi beynəlxalq, 42,2 faizi isə yerli korrespondensiyadır.

Qurumun məlumatına əsasən, poçt və kuryer fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən 2023-cü il ərzində 5 677,8 min yazılı korrespondensiya və 9 471,6 min bağlama göndərilib.

2023-cü ildə poçt və kuryer fəaliyyəti ilə məşğul olan müəssisələrdə işləyən işçilərin orta illik sayı 3,7 min nəfər təşkil edib, o cümlədən 1272 nəfəri kuryer, poçtalyon və ya sahə işçisi olub.