Milli Statistika Xidmətinin göstəricilərilə, iyulda Gürcüstanda yaşayış minimumu artdı və əmək qabiliyyətli kişi üçün 218.3 larini təşkil etdi
Milli Statistika Xidmətinin göstəricilərilə, iyulda Gürcüstanda yaşayış minimumu artdı və əmək qabiliyyətli kişi üçün 218.3 larini təşkil etdi

Milli Statistika Xidmətinin göstəricilərilə, 2021-ci ilin iyulunda iyun ilə müqayisədə, Gürcüstanda yaşayış minimumu artdı.

2021-ci ilin iyununda, əmək qabiliyyətli kişinin yaşayış minimumu 214.5 lari idi, iyulda isə, bu göstərici üç lari və 80 tetri ilə artaraq 218.3 larini təşkil etdi.

Bununla yanaşı, Milli Statistika Xidmətinin məlumatına görə, iyulda 3.4 lari ilə orta istifadəçinin yaşayış minimumu artaraq 193.4 larini təşkil etdi.

Cari ildən, yeni statistika işləri proqramına müvafiq olaraq, qeyd olunan göstəricinin həyata keçirilməsini Milli Statistika Xidməti artıq davam etdirmyəcək (iki nəfərlik, üç nəfərli və sair nəzərdə tutulur). Milli Statistika Xidmətində bəyan etdiklərinə görə, bu indikatır heç bir planlaşdırma və qərarın qəbul edilməsi prosesində istifadə olunmur.

Milli Statistika Xidməti yaşayış minimumunu minimal yaşayış səbəti əsasında müəyyən edir. Minimal yaşayış səbəti isə, əmək qabiliyyətli yaşlı kişinin normal həyat və əmək qabiliyyəlilər üçün fizioloji vacib qidanın miqdarını əhatə edir. Yaşayış minimumunun minimal yaşayış səbəti 40 adda produktdan ibarətdir – çörək, buğda, ət, süd məhsulları, tərəvəz və şirniyyat.