Milli Statistika Xidməti - 2024-cü ildə Gürcüstanda ölüm səbəbləri arasında qan dövranı sisteminin xəstəlikləri və xərçəng (şişlər) üstünlük təşkil edirdi
Milli Statistika Xidməti - 2024-cü ildə Gürcüstanda ölüm səbəbləri arasında qan dövranı sisteminin xəstəlikləri və xərçəng (şişlər) üstünlük təşkil edirdi

 

Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ildə Gürcüstanda 43 971 nəfər dünyasını dəyişib, bu da 2023-cü ilin göstəricisindən 1 215 nəfər və ya 2.8% çoxdur.

Milli Statistika Xidmətinin məlumatına əsasən, ölüm səbəbləri arasında qan dövranı sisteminin xəstəlikləri və xərçəng (şişlər) üstünlük təşkil edir, bu da ölüm hallarının müvafiq olaraq 41.3 faizini və 13.0 faizini təşkil edir.

Bununla yanaşı, qurumun hesabatına əsasən, dünyasını dəyişənlərin sayının faiz bölgüsü ölüm səbəblərinin əsas kateqoriyaları üzrə müxtəlif yaş qruplarında fərqlidir. 5 yaşına qədər dünyasını dəyişmiş uşaqlarda əsasən perinatal dövrdə yaranan pozuntular üstünlük təşkil edir. 5–39 yaş aralığında travmalar, zəhərlənmələr və xarici təsirlərin müxtəlif nəticələri üstünlük təşkil edir, çünki bu yaş qrupunda bədbəxt hadisələrin ehtimalı nisbətən yüksəkdir, 40 və daha yuxarı yaş qrupundan olan əhali arasında ölüm səbəbləri arasında isə 2024-cü ildə qan dövranı sisteminin xəstəlikləri və xərçəng (şişlər) üstünlük təşkil edir.