Milli Şərab Agentliyi yerli istehlak bazarında alkoqollu içkilərin keyfiyyətinə nəzarət edəcək
Milli Şərab Agentliyi yerli istehlak bazarında alkoqollu içkilərin keyfiyyətinə nəzarət edəcək. Bu barədə hökumətin parlamentə təqdim etdiyi və hökumətin il ərzində hazırlamağı planlaşdırdığı qanun layihələrinin siyahısını əhatə edən planda qeyd olunur.
Sənəddə bildirilir ki, Milli Şərab Agentliyinə yerli istehlak bazarında nəzarət həyata keçirmək səlahiyyəti veriləcək. Bu səlahiyyət keyfiyyətə nəzarətlə yanaşı, alkoqollu içkilərin etiketlərində yerləşdirilən məlumatların qanunvericiliyin tələblərinə uyğunluğunun müəyyən edilməsini də əhatə edəcək.
“Spritli şərab içkisinin istehsalının bütün mərhələlərinə nəzarəti Milli Şərab Agentliyi həyata keçirdiyindən, alkoqollu içkilərlə bağlı yerli istehlak bazarında keyfiyyətə nəzarətin də eyni qurum tərəfindən həyata keçirilməsi daha səmərəli olacaq.
Uçot sisteminin, məlumat bazasının və dövlət nəzarətinin eyni dövlət qurumunda cəmləşdirilməsi yerli istehlak bazarında alkoqollu içkilərin keyfiyyətinə nəzarəti və istehlakçıların maraqlarının qorunmasını əhəmiyyətli dərəcədə təkmilləşdirəcək və daha effektiv edəcək”, – sənəddə qeyd olunur.