Milli Şərab Agentliyi - Üzüm yığımı 2025 çərçivəsində artıq miqdarda olan üzümü dövlət müəssisəsi təhvil alacaq, özəl şərab şirkətlərinə subsidiya artıq verilməyəcək
Gürcüstan hökumətinin 2025-ci ilin 4 iyul tarixli “2025-ci ilin üzüm yığımının mütəşəkkil keçirilməsi üçün həyata keçiriləcək tədbirlər haqqında” fərmanına dəyişiklik daxil edilib.
Fərmana əsasən, ötən illərdən fərqli olaraq, özəl şərab şirkətlərinə subsidiya artıq verilməyəcək.
Özəl sektordan tələbat olmayan artıq miqdarda üzümü dövlət müəssisəsi, MMC “Məhsulun İdarəolunması Şirkəti” müəyyən olunmuş qiymətə təhvil alacaq: Kaxeti bölgəsində toplanmış “Saperavi” üzüm növünü 1,50 lariyə, “Üzüm və Şərab haqqında” Gürcüstan qanunu ilə icazə verilmiş şərab üçün nəzərdə tutulmuş digər üzüm növlərini 1,20 lariyə; şəkərliliyi 18%-dən çox olmayan qeyri-standart üzümü 1,00 lariyə, həmçinin zədələnmiş/xəstə üzümü 1,00 lariyə.
Gürcüstan hökumətinin qeyd olunmuş qərarı ilə minlərlə üzümçü-fermerə üzümçülük fəaliyyətini davam etdirmək imkanı və keyfiyyətli üzüm istehsalına motivasiya verilir, bu da şərabçılıq sənayesinin inkişafı, beynəlxalq bazarlarda gürcü şərabının rəqabət qabiliyyətinin və ixracının artması baxımından son dərəcə vacibdir.
Üzüm yığımı çərçivəsində Gürcüstanda toplanmış üzümün təhvili/qəbulu agentliyin üzümçülük kadastrı məlumat bazasına uyğun olaraq həyata keçiriləcək.
Bu il üzümün proqnozlaşdırılan məhsulu 250-300 min ton civarındadır.
Üzüm məhsulunun təşkilatlanmış şəkildə yerləşdirilməsi məqsədilə üzüm yığımının Koordinasiya Qərargahı 24 saatlıq rejimdə fəaliyyət göstərəcək. Üzüm yığımı 2025-in Koordinasiya Qərargahının yerləşdiyi ünvan: Qurcaani Munisipaliteti, Qurcaani kəndi.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti – 1501 vasitəsilə üzüm yığımı ilə bağlı məlumat almaq mümkündür.
Məlumatı Milli Şərab Agentliyi yayır.