Milli Şərab Agentliyi – Kaxetidə 13 200-ə yaxın üzümçü üzümü təhvil verib, onların məhsulunun 99%-i yüksək və orta keyfiyyətlidir
Oktyabrın 6-na olan vəziyyətə görə, Kaxetidə emal edilmiş 182 210 ton üzümdən 180 560 tonu yüksək və orta keyfiyyətlidir, bu da bütün məhsulun 99%-ni təşkil edir. Təhvil verilən üzümün yalnız 1%-i keyfiyyətsiz və kaldır.
Milli Şərab Agentliyinin məlumatında, emal olunmuş üzümün 92,1 min tonunun “Saperavi”, 77,4 min tona qədərinin “Rkatsiteli”, qalanının isə müxtəlif üzüm növləri olduğu deyilir.
Kaxetidə üzüm məhsulunu 13 200-ə yaxın üzümçü təhvil verib. Dövlət müəssisəsi MMC “Məhsulun İdarə Olunması Şirkəti” üzümçülərdən üzümü Kaxetinin müxtəlif bələdiyyələrində 22 məntəqədə qəbul edir.
Kaxetidə üzüm yığımı pik mərhələsindədir, sutkalıq emal 13-14 min ton civarındadır.
Üzüm yığımının mütəşəkkil keçirilməsi və məhsulun tam reallaşdırılması məqsədilə Gürcüstan hökumətinin qərarı ilə artıq məhsul olması halında bütün üzümçülərin məhsulu qəbul ediləcək. Bu məqsədlə MMC “Məhsulun İdarə Olunması Şirkəti” Kaxetidə yetişdirilən üzümü fiziki şəxslərdən müəyyən edilmiş şərtlərə uyğun olaraq təhvil alır: şəkərliliyi 20%-dən az olmayan “Saperavi”nin 1 kq-nın qiyməti – 1,50 lari, 16%-dən 20%-dək – 1,00 lari, şəkərliliyi 16%-dən az olan – 50 tetri.
“Rkatsiteli” və digər şərablıq üzüm halında, şəkərliliyi 19%-dən az olmayan üzümün qiyməti – 1,30 lari, 16%-dən 19%-dək – 90 tetri, 16%-dən az olan – 50 tetri.
Üzümün təhvil verilməsi prosesini Qurcaani şəhərində yerləşən Üzüm Yığımı üzrə Əlaqələndirmə Qərargahı idarə edir. Üzüm yığımı ilə bağlı məlumatı qaynar xətt nömrələrindən 1501 və 032 2 19 37 18 almaq olar.