Milli Şərab Agentliyi – Kaxeti miqyasında 12,4 min tona qədər üzüm emal olunub

14:20, 17.09.2026

 

Kaxeti miqyasında 12,4 min tona qədər üzüm emal olunub – bu barədə məlumatı Milli Şərab Agentliyi yayır.

Onların məlumatında, emal olunmuş üzümün 6,8 min tonunun “Saperavi”, 1,7 min tonunun “Rkatsiteli”, qalanının isə müxtəlif növ üzümlər olduğu deyilir.

“Bu mərhələdə Üzüm Yığımının Koordinasiya Qərargahında 400-dək şərab şirkəti qeydiyyatdan keçib və onlar məhsulun qəbulu prosesinə mərhələli şəkildə qoşulacaqlar. Builki məhsulun proqnozlaşdırılan göstəricisi 320 min ton civarındadır.

Üzüm yığımının təşkilatlanmış şəkildə keçirilməsi və məhsulun tam realizə olunması məqsədilə, Gürcüstan hökumətinin qərarı ilə artıq məhsul olması halında bütün üzümçülərin üzümlərini təhvil vermək imkanı olacaq. Bu məqsədlə MMC “Məhsulun İdarə Olunması Şirkəti” Kaxetidə yığılan üzümü fiziki şəxslərdən müəyyən edilmiş şərtlərə uyğun olaraq qəbul edəcək.

Şəkərliliyi ən azı 21% olan müəyyən edilmiş normaya uyğun və zədələnməmiş “Saperavi”nin qiyməti 1,50 lari müəyyən edilib. Müəyyən edilmiş normaya uyğun olmayan, şəkərliliyi 17%-dən 21%-dək olan və/və ya qismən zədələnmiş “Saperavi” halında qiymət 0,90 lari olacaq. Şəkərliliyi 17%-dən az olan və/və ya zədələnmiş “Saperavi”nin qiyməti 0,30 lari müəyyən edilir.

“Tənək və şərab haqqında” Gürcüstan qanunu ilə icazə verilən üzüm növlərindən yığılmış digər üzümlər halında, şəkərliliyi ən azı 20% olan və zədələnməmiş üzümün qiyməti 1,30 lari olacaq. Şəkərliliyin 17%-dən 20%-dək olması halında qiymət 0,80 lari, 17%-dən az olması halında isə 0,30 lari təşkil edəcək.

Üzümün təhvil verilməsi prosesini Qurcaani şəhərində yerləşən Üzüm Yığımının Koordinasiya Qərargahı əlaqələndirir. Üzüm yığımı ilə bağlı məlumatı qaynar xətt nömrələrindən almaq mümkündür: 1501 və 032 219 37 18″ – Milli Şərab Agentliyinin məlumatında qeyd olunub.

Oxşar