Milli Şərab Agentliyi, hökumət və Kənd Təsərrüfatı Nazirliyi arasında məsləhətləşmə nəticəsində təhvil veriləcək üzümün qiyməti dəyişir

16:02, 22.09.2026

 

Milli Şərab Agentliyinin sədri Levan Mexuzlanın bəyanatına əsasən, Gürcüstan hökuməti və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili ilə məsləhətləşmə nəticəsində təhvil veriləcək üzümün qiymətlərinə dəyişikliklər edilir. Mexuzla bu barədə Qurcaanidə Üzüm Yığımı üzrə Koordinasiya Qərargahında keçirilən brifinqdə deyib.

“Bu il bol yağıntının olduğu və üzümün şəkərlilik toplamaqda çətinlik çəkdiyi reallığını nəzərə alaraq, standartlara cavab verən məhsula əsasən yeni qiymətlər olacaq. Xüsusilə: standartlara yüksək şəkildə cavab verən üzüm: 20 dərəcədən yuxarı “Saperavi” halında – 1.50 lari; 19 dərəcədən yuxarı “Rkatsiteli” və digər bütün üzüm halında – 1.30 lari; standartlara aşağı səviyyədə cavab verən üzüm: 16-dan 20 dərəcəyədək “Saperavi” – bir lari; 16-dan 19 dərəcəyədək “Rkatsiteli” və digər bütün üzüm – 90 tetri;

16 dərəcəyədək üzüm standartlara cavab verməyən hesab olunur, nə şərab üçün yararlıdır, nə də spirtlik, faktiki olaraq dəyməmiş üzümdür. Bildiyiniz kimi, dövlətin mövqeyi belədir ki, ölkədə bir kiloqram belə üzüm təhvil verilməmiş qalmayacaq. Müvafiq olaraq, bu halda istisna edirik ki, üzümçü çəkilən xərcləri qarşılaya bilsin və onun dəyəri 50 tetri, hibrid – 30 tetri olacaq. Üzümü qüvvədə olan dəyərlə təhvil verən üzümçülərə gəlincə yeni qiymətlərlə yenidən hesablanma aparılacaq və müvafiq fərq kompensasiya olunacaq” – Levan Mexuzla qeyd edib.

Oxşar