Milli Qvardiya hərbçiləri Kapitoli binasında (foto)
Milli Qvardiya hərbçiləri Kapitoli binasında (foto)

Konqressdə iclasa paralel olaraq, Kapitoli binasında Milli Qvardiyanın böyük sayda hərbçiləri səfərbər olunublar. Fotoları xarici media yayır.

Fotoda Kapitoli binasının foyesində olan onlarca həbçi görünür.

Xatırladaq ki, bu dəqiqələrdə Donald Trampın impiçmenti barəsində qətnaməni müzakirə edirlər. Qətnaməni Demokratlar təqdim etdilər. Onlar Trampı üsyan cəhdində ittiham edirlər.

Məlum olduğu kimi, 20 yanvarda planlaşdırlmış Co Baydenin andiçmə mərasimini 15 mindən artıq Milli Qavardiyanın üzvü mühafizə edəcək.