Milli Qida Agentliyinin məlumatına əsasən, aprelin 14-də Kutaisinin sığınacağına aparılan və müşahidə altında olan sahibsiz itdə quduzluğa yoluxma təsdiqlənib
Milli Qida Agentliyinin məlumatına əsasən, aprelin 14-də Kutaisinin sığınacağına aparılan və müşahidə altında olan sahibsiz itdə quduzluğa yoluxma təsdiqlənib

 

Martvili Munisipalitetində quduzluğa yoluxma aşkarlanıb.

Bu haqda Milli Qida Agentliyi məlumat yayır.

Agentliyin məlumatına əsasən, cari ilin aprelin 14-də Kutaisinin sığınacağına aparılan və şübhəli statusla təcrid olunmuş şəkildə müşahidə altında olan sahibsiz itdə quduzluğa yoluxma laboratoriya şəraitində təsdiqlənib (test protokolu #2465).

“Milli Qida Agentliyi hadisə ilə bağlı bütün müvafiq qurumları məlumatlandırıb; quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb – xəstəlik ocağında karantin elan edilib; heyvanların sığınacağı da daxil olmaqla, dezinfeksiya işləri aparılıb; quduzluğa həssas olan heyvanların peyvəndlənməsi aparılır, onların sağlamlığı üzərində nəzarət tədbirləri tətbiq olunub.

Milli Qida Agentliyi Martvili Munisipalitetinin Bandza kəndində “Ori Nabici”yə bitişik ərazidə sahibsiz itlə təmasda olan bütün şəxsləri peyvənd olunmaq üçün dərhal tibb müəssisəsinə müraciət etməyə və müvafiq xidmətlə əlaqə saxlamağa çağırır” – Milli Qida Agentliyinin məlumatında deyilir.