Milli Qida Agentliyindən verilən məlumata görə, ət istehlak bazarına QR kodu ilə çıxarılacaq
Milli Qida Agentliyinin təşəbbüsü və FAO-nun Heyvanların Identifikasiya-Qeydiyyat Sistemi (NAITS) layihəsinin dəstəyi ilə ət QR kodu ilə istehlak bazarına çıxarılacaq. Bununla əlaqədar olaraq, Milli Qida Agentliyi ölkə üzrə kəsim məntəqələrini müvafiq texniki avadanlıqlarla təmin edəcək. Məlumatı Milli Qida Agentliyi yayıb.
Milli Qida Agentliyinin rəis müavini Vasil Basiladze qeyd edib ki, ətin QR kodu ilə bazara çıxarılması inkişaf etmiş ölkələrdə sınanmış təcrübədir və hazırda Gürcüstanda da mümkündür.
“Bu, istehlakçıların maraqlarının qorunması və məlumatlılığın artırılması istiqamətində irəliyə doğru daha bir addımdır”, – Vasil Basiladze bildirib.
Müəssisə operatorlarının maarifləndirilməsi və proqramın səmərəli həyata keçirilməsi məqsədilə heyvan kəsimi məntəqəsinin əməkdaşlarına təlimlər keçirilib.
Mövcud qanunvericiliyə əsasən, ətin etiketlənməsi məcburidir, lakin bundan əlavə, etiketdə QR kodu olacaq ki, bu da müştəriyə və ya maraqlanan şəxsə mobil proqram vasitəsilə heyvan haqqında əlavə məlumat (mənşə yeri, vizual məlumatlar) əldə etməyə imkan verəcək.
Aİ-nin tələblərinə uyğun olaraq, Milli Qida Agentliyi 2012-ci ildən heyvanların identifikasiyası prosesini həyata keçirir və 2017-ci ildən etibarən FAO Heyvanların Eyniləşdirmə Sistemi (NAITS) layihəsinin dəstəyi ilə heyvanların vahid qeydiyyatı proqramı və məlumat bazası istifadəyə verilib.