Milli Qida Agentliyində norovirusun səbəb olduğu cari qastroenterit halları ilə bağlı Tbilisinin uşaq bağçalarında yoxlamanı davam etdirdiklərini bəyan edirlər
Tbilisinin uşaq bağçalarında tərbiyə alan uşaqlar arasında norovirusun səbəb olduğu cari qastroenterit halları ilə bağlı Milli Qida Agentliyi kompleks araşdırmanı davam etdirir. Məlumatı Milli Qida Agentliyi yayır.
Onların məlumatına əsasən, agentliyin müfəttiş qrupları həm uşaq bağçalarının qida bloklarında, həm də qida istehsal edən və təchiz edən biznes operatorlarında yoxlamalar aparırlar.
“Hazırda 70 obyekt yoxlanılıb, o cümlədən Tbilisi şəhərinin 48 saylı ictimai uşaq bağçası, ət məhsulları müəssisəsi və süd məhsulları anbarı. Laboratoriya tədqiqatı üçün müxtəlif adda qida və içməli sudan 502 nümunə götürülüb.
Bu mərhələdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan laboratoriya tədqiqatlarının nəticələrinə əsasən, 39 nümunədə pozuntu aşkar edilməyib. Qalan nümunələr üzrə tədqiqat davam edir. Tədqiqatın nəticələri mərhələli şəkildə məlum olacaq” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.