Milli Qida Agentliyi Vanidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlayıb
İmereti Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində MMC “Şuamta”da (ünvan: Vani, Şuamta kəndi, Z. Qamsaxurdia N 2) plandankənar yoxlama aparıblar. Təftiş nəticəsində obyektdə kritik uyğunsuzluqlar üzə çıxarılıb. Eyni zamanda məlum olub ki, biznes operatoru donuz balalarını məcburi tanınma və İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyat olmadan kəsirmiş.
Aşkar olunmuş uyğunsuzluqlara görə obyekt cərimələnib və istehsalat prosesi dayandırılıb.
Milli Qida Agentliyi biznes operatorlarını fəaliyyətlərini qanunvericiliyin və qida təhlükəsizliyinin müəyyən edilmiş tələblərinə uyğun həyata keçirməyə çağırır.
Məlumatı Milli Qida Agentliyinin mətbuat xidməti yayır.