Milli Qida Agentliyi – Uşaq bağçalarından götürülmüş 370 qida nümunəsində pozuntu aşkar edilməyib
Milli Qida Agentliyinin bəyanatına əsasən, uşaq bağçalarında qida təhlükəsizliyinə dövlət nəzarəti çərçivəsində laboratoriya tədqiqatı üçün müxtəlif adlı 694 heyvan və qeyri-heyvan mənşəli qida nümunəsi götürülüb.
Qurumun məlumatına əsasən, bu mərhələdə 370 nümunənin tədqiqatının nəticələri bəllidir – onların hamısı qida təhlükəsizliyinin müəyyən edilmiş normalarına cavab verir.
Milli Qida Agentliyinin bəyanatında qeyd edildiyi kimi, monitorinq çərçivəsində müxtəlif növ qidalar, o cümlədən meyvə-tərəvəz; süd məhsulları (pendir, süd tozu, ultra-pasterizə olunmuş içməli süd, kərə yağı, xama); ət və ət məhsulları (mal və toyuq əti); dənli bitkilər, hazır yeməklər və içməli su laboratoriya qaydasında yoxlanılır. Tədqiqat ağır metallar, nitratlar, mikrobioloji parametrlər və patogenlər (aerob mikrorqanizmlər, koliformlar, salmonella, şiqella, koaqulaza-müsbət stafilokok) kimi göstəricilər üzrə aparılır.
Qalan nümunələrin tədqiqatının nəticələri mərhələli şəkildə bəlli olacaq.