Milli Qida Agentliyi "türk" xəstəliyinə qarşı 500 min doza peyvənd alıb
Milli Qida Agentliyi "türk" xəstəliyinə qarşı 500 min doza peyvənd alıb

 

Milli Qida Agentliyi “türk” xəstəliyinə qarşı 500 min doza peyvənd alıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına əsasən, cari ilin sentyabrından, “türk” xəstəliyinin SAT-1 serotipinin səbəb olduğu partlayış ocaqları qeydə alınır, o cümlədən Gürcüstan sərhədinə yaxın bölgələrdə.

Profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə, Milli Qida Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) Referans Laboratoriyası tərəfindən tövsiyə edilən SAT-1 serotipini ehtiva edən 500 min doza peyvənd alıb.

Agentlik profilaktik peyvəndləməyə başlayıb. Baytarlar heyvanları bütün ölkə miqyasında peyvənd edirlər.

Milli Qida Agentliyi heyvan sahiblərini agentliyin baytarları ilə əməkdaşlıq etməyə və peyvəndləmə prosesinə kömək etməyə çağırır.

“Türk” (Food and Mouth Disease) cütdırnaqlı ev və vəhşi heyvanların yüksək kontagioz, virus infeksion xəstəliyidir. “Türk” xəstəliyinə bütün növ cütdırnaqlı heyvanlar yoluxa bilər (iri buynuzlu heyvanlar, qoyun, keçi, donuz, maral, dəvə və s.). Xəstəliyə qarşı ən yüksək həssaslıq iri və xırdabuynuzlu mal-qarada müşahidə olunur. İnsan “türk” xəstəliyinə yoluxmur.

Milli Qida Agentliyi “türk” xəstəliyinə qarşı pulsuz profilaktik peyvəndləməni hər il həyata keçirir. 2025-ci ildə iri və xırdabuynuzlu heyvanlar arasında (o cümlədən SAT-1-ə qarşı) 1.3 milyondan çox peyvəndləmə/təkrar peyvəndləmə aparılıb.

Məlumatı Milli Qida Agentliyi yayır.