Milli Qida Agentliyi trixinelloza yoluxma faktı ilə bağlı araşdırmaya başlayıb
Milli Qida Agentliyi trixinelloza yoluxma faktı ilə bağlı araşdırmaya başlayıb

 
Milli Qida Agentliyi yanvarın 27-də Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən trixinelloza təsdiqlənmiş yoluxma halı haqda bildiriş alıb. Bu barədə Milli Qida Agentliyinin bəyanatında qeyd olunub.

Agentliyin bəyanatına görə, bildirişə əsasən, 63 yaşlı pasiyent xəstəliyin kliniki əlamətləri özünü biruzə verməzdən bir neçə gün əvvəl Ozurqetidə aldığı donuz əti və kupatı yeyib (başqa bir ailə üzvü də əti yeyib, lakin hazırda xəstəliyin əlamətləri qeydə alınmır).

“Xəstələnmiş şəxs ət və ərzaq satıcısının kimliyini deyə bilmir. Bildiriş daxil olduqdan sonra tez bir zamanda, məlumat dərhal reaksiya verilməsi üçün Qurianın Regional İdarəsinə və Baytarlıq Şöbəsinə göndərilib. Milli Qida Agentliyinin mütəxəssisləri artıq araşdırmaya başlayıblar”- bəyanatda qeyd olunub.

Agentlik istehlakçıları ətin mənşəyi qeyri-müəyyən olan, donuzun kəsim məntəqəsində kəsilmədiyi və müvafiq olaraq, onun trixinelloz xəstəliyinə görə yoxlanılıb-yoxlanılmadığı bilinməyən qeyri-mütəşəkkil ticarət yerlərindən ət almamağa çağırır.

“Trixinelloz insana “Trichinella” mikroskopik paraziti ilə yoluxmuş heyvanların çiy və ya az bişmiş ətini qida olaraq qəbul edərkən keçə bilən bir xəstəlikdir. Əsas amil donuz ətidir, lakin digər vəhşi heyvanlar və atlar da ola bilər.

Trixinellozun klinik əlamətləridir: baş ağrısı, qızdırma, titrəmə, öskürək, üz və gözlərin şişməsi, oynaq və əzələ ağrıları, dərinin qaşınması. İlk simptomlar ishal və ya qəbizlik ilə müşayiət oluna bilər. Xəstəliyin ağır gedişi koordinasiyanın pozulması, ürək və tənəffüs problemləri ilə xarakterizə olunur” – bəyanatda qeyd olunub.