Milli Qida Agentliyi Tbilisidə turşu istehsalçısının istehsal prosesini dayandırıb

13:49, 21.07.2026

 

Milli Qida Agentliyi Tbilisidə turşu istehsalçısının istehsal prosesini dayandırıb. Bu haqda məlumatı Milli Qida Agentliyi yayır.

Agentlik, biznes operatorun İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərməsinə dair məlumat verib.

“Tbilisi Departamentinin müfəttişləri agentliyə daxil olmuş bildiriş əsasında fiziki şəxs C. Ş.-yə məxsus turşu istehsalı müəssisəsində (Ünvan: Tbilisi, Meveli N30) yoxlama aparıblar.
Yoxlama nəticəsində obyektdə kritik uyğunsuzluqlar aşkar edilib: gigiyenik normaların kobud şəkildə pozulması; qeyri-müvafiq yuyulma və dezinfeksiya; infrastrukturun nasazlığı.

Eyni zamanda, biznes operatorun İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub. Qanunvericiliyə uyğun olaraq fiziki şəxs cərimələnib və istehsal prosesi dayandırılıb.

Milli Qida Agentliyi biznes operatorlarını fəaliyyətlərini qanunvericiliyin və qida təhlükəsizliyi tələblərinə əməl etməklə həyata keçirməyə çağırır” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.

Oxşar