Milli Qida Agentliyi Tbilisidə sanitar normaların pozulması ilə fəaliyyət göstərən qənnadı məmulatlarının qablaşdırılması müəssisəsini aşkarlayıb

15:46, 19.02.2026

Milli Qida Agentliyinin Tbilisi departamentinin müfəttişləri idxal olunan qənnadı məmulatlarının qablaşdırılması ilə məşğul olan qeyri-qanuni müəssisə aşkarlayıblar.

Agentlikdən bildirilib ki, fərdi sahibkar V.C. (ünvan: Tbilisi şəhəri, Aqladze küçəsi 32) iqtisadi fəaliyyət subyektlərinin reyestrində qeydiyyatdan keçmədən, sanitar-gigiyenik normaları kobud şəkildə pozaraq müxtəlif növ şirniyyat məhsullarını satış məqsədilə qablaşdırıb.

“Ciddi uyğunsuzluqlara görə biznes operatoru cərimələnib və uyğunsuzluqlar aradan qaldırılanadək istehsal prosesi dayandırılıb”, – deyə Milli Qida Agentliyindən bildirilib.

Oxşar