Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri paytaxtdakı ictimai iaşə obyektlərini yoxlayırlar.
Milli Qida Agentliyinin məlumatına əsasən, cari həftədə 13 iaşə obyektinin mətbəxində dövlət nəzarəti aparılıb, 10 obyektdə müxtəlif pozuntular aşkar edilib; səkkiz halda kritik uyğunsuzluqlar aşkar edilib, əsasən sanitar-gigiyena normalarının, izlənilə bilmə və etiketləmə qaydasının pozuntusu.
“Biznes operatorları qanunvericiliyə uyğun olaraq cərimələnib və istehsal prosesi dayandırılıb. Təftiş prosesində agentliyin müfəttişləri biznes operatorlarına qanunvericiliklə nəzərdə tutulmuş məcburi tələbləri izah ediblər. Milli Qida Agentliyi istehlakçıları pozuntu aşkarlanması halında, 15-01 qaynar xəttinə məlumat qoymağa çağırır. Birgə monitorinq və əhalinin fəal iştirakı Milli Qida Agentliyinə uyğunsuzluqları vaxtında aşkarlamağa və aradan qaldırmağa imkan verəcək” – yayılmış məlumatda deyilir.