Milli Qida Agentliyi Tbilisidə balıq hisləmə müəssisəsinin istehsal prosesini dayandırıb

11:25, 15.07.2026

Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri Tbilisidə fəaliyyət göstərən “Kobi Tevzi” MMC-yə məxsus balıq hisləmə müəssisəsində dövlət nəzarəti həyata keçiriblər.

Agentliyin yaydığı məlumata görə, yoxlama zamanı kritik və qeyri-kritik uyğunsuzluqlar aşkar edilib. Müəssisədə istifadə müddəti bitmiş qida məhsulları, gigiyena normalarının, etiketləmə və izləniləbilənlik qaydalarının pozulması halları müəyyən olunub. Bundan əlavə, biznes operatorunun iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, biznes operatoru cərimələnib və aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək müəssisənin istehsal prosesi dayandırılıb.

Oxşar