Milli Qida Agentliyi Tbilisi, Zestaponi və Vanidə qeyri-qanuni heyvan kəsimi məntəqələri aşkarlayıb
Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri Şindisidə, Mixeil Cavaxişvili küçəsi I döngəsində qeyri-qanuni heyvan kəsimi məntəqəsi aşkarlayıblar.
Milli Qida Agentliyinin məlumatına əsasən, fiziki şəxsə məxsus müəssisə İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyat və tanınma olmadan fəaliyyət göstərirdi.
Onların məlumatında, plandankənar təftiş zamanı həm də etiketləmə və izləniləbilərlik qaydasının pozulmasının aşkar edildiyi deyilir. Sağlamlıq əlamətləri olmayan 200 kq mal əti möhürlənib və qanunvericiliyə uyğun olaraq məhv ediləcək.
“Biznes operatoru cərimələnib və qeydiyyata alınana, tanınana və kritik uyğunsuzluqlar aradan qaldırılana qədər fəaliyyəti dayandırılıb” – Milli Qida Agentliyinin məlumatında deyilir.
Milli Qida Agentliyinin məlumatına əsasən, həmçinin Zestaponidə, Rustaveli 86 və Vanidə, Tavisupleba 4 ünvanlarında yerləşən qeyri-qanuni heyvan kəsimi məntəqələrində kritik uyğunsuzluqlar aşkar edilib.
Milli Qida Agentliyinin məlumatına əsasən, agentliyin İmereti Departamentinin müfəttişləri tərəfindən aparılan plandankənar təftiş nəticəsində qeydiyyat və tanınma olmadan biznes operatoru kimi fəaliyyət göstərmə, şübhəli mənşəli ət aşkar edilib, buna görə müəssisələr cərimələnib və istehsal prosesi dayandırılıb.
“Milli Qida Agentliyi heyvan kəsimi məntəqələrində dövlət nəzarətini bütün ölkə miqyasında həyata keçirir. Planlı təftiş ildə dörd dəfə risk səviyyəsi müəyyən edilmədən aparılır; bundan başqa, plandankənar təftişlər də aparılır. Cari ildə 1035 dövlət nəzarəti aparılıb, 80 inzibati pozuntu aşkar edilib” – Milli Qida Agentliyinin məlumatında deyilir.