Milli Qida Agentliyi sosial şəbəkədə yayılmış şaftalının boyanması faktını əks etdirən videomaterialla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib
Milli Qida Agentliyi sosial şəbəkədə yayılmış şaftalının boyanması faktını əks etdirən videomaterialla bağlı bəyanat yayır.
Milli Qida Agentliyinin izah etdiyi kimi, məsələ qidanın qəsdən çirkləndirilməsinə aiddir və agentlik cavab verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edib.
“Sosial şəbəkədə yayılmış şaftalının boyanması faktını əks etdirən videomaterialla bağlı Milli Qida Agentliyi izah edir ki, məsələ qidanın qəsdən çirkləndirilməsinə aiddir. Qeyd olunmuş fakt dərhal reaksiya tələb edir, bunun üçün agentlik müvafiq hüquq-mühafizə orqanlarına məktubla artıq müraciət edib. Milli Qida Agentliyi istehlak bazarında yerləşdirilən meyvə və tərəvəzləri daim yoxlayır, monitorinq aparılır və müxtəlif göstəricilər (pestisidlər, ağır metallar, radionuklidlər) üzrə nümunələr götürülür. Laborator tədqiqatın nəticələri və uyğunsuzluqlar barədə məlumat ictimaiyyətə açıqlanır və həmçinin, agentliyin veb saytında əlçatan olur” – Milli Qida Agentliyinin bəyanatında deyilir.