Milli Qida Agentliyi - “Soplis Nobati”nin idxal olunan südünün beş nümunəsinin bazardan yığışdırılması və möhürlənməsi davam edir
Milli Qida Agentliyi - “Soplis Nobati”nin idxal olunan südünün beş nümunəsinin bazardan yığışdırılması və möhürlənməsi davam edir

 

 

 

Milli Qida Agentliyi MMC “Wimm Bill Dann Georgia”da (identifikasiya kodu 204546553 (Soplis Nobati) aparılmış yoxlamanın nəticələri haqqında əlavə məlumat yayır.

Milli Qida Agentliyindən bəyan etdikləri üzrə, biri uşaq qidası üçün nəzərdə tutulmuş idxal olunan südün 5 nümunəsində aflatoksin M1-in yüksək səviyyəsi aşkarlanıb. Sözügedən məhsulun bazardan yığışdırılması və möhürlənməsi davam edir.

“Milli Qida Agentliyi dövlət nəzarəti çərçivəsində 2022-ci ildən xam süddə aflatoksinlərin olub-olmadığını yoxlayır, bu isə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilib və Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmışdır. Milli Qida Agentliyi ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunması məqsədilə, gündəlik olaraq yüzlərlə obyektdə nəzarət tədbiri həyata keçirir. Yoxlama əvvəlcədən yazılmış plan çərçivəsində, eləcə də əhalidən daxil olan bütün bildirişlərə cavab olaraq həyata keçirilir. Milli Qida Agentliyi aşkar edilmiş pozuntular barədə əhalini dərhal məlumatlandırır, çünki agentlik üçün vətəndaşların sağlamlığının qorunması prioritetdir” – Milli Qida Agentliyindən bəyan edirlər.

Milli Qida Agentliyi “Soplis Nobati”nin süd nümunələrində aflatoksinin aşkar edildiyinə dair bu gün məlumat yaydı və istifadəçiləri bu süddən istifadə etməməyə çağırdı.