Milli Qida Agentliyi Şida Kartli, Kvemo Kartli və İmereti bölgələrində qeyri-qanuni heyvan kəsim məntəqəsi və qidada uyğunsuzluqlar aşkar edib
Milli Qida Agentliyi Şida Kartli, Kvemo Kartli və İmereti bölgələrində qeyri-qanuni heyvan kəsim məntəqəsi və qidada uyğunsuzluqlar aşkar edib.
Milli Qida Agentliyinin məlumatına əsasən, əhalinin sağlamlığının qorunması məqsədilə Milli Qida Agentliyi bütün ölkə miqyasında yüksək riskli qida məhsullarının – ət və ət məhsullarının yoxlanılmasını davam etdirir.
“Heyvan kəsim məntəqələrində, ət satışı obyektlərində və müəssisələrdə dövlət nəzarəti aparılır. Agentliyin Şida Kartli Regional İdarəsinin müfəttişləri monitorinq çərçivəsində satış şəbəkəsindən götürülmüş qida nümunələrini akkreditasiya olunmuş laboratoriyada araşdırıblar.
Uyğunsuzluq aşkar edildiyinə görə biznes operatora MMC “Axali Gemo 2019″un (Xaşuri, Rustaveli 10, identifikasiya kodu 443867763) istehsalı olan dondurulmuş kababın (hazırlanma tarixi: 25.08.2025-ci il; etibarlılıq müddəti: 25.10.2025) bazara yerləşdirilməsinin qarşısının alınması və bazara yerləşdirilmiş məhsulun yığılması tapşırılıb, buna nəzarəti agentliyin səlahiyyətli şəxsləri ediblər.
Bundan başqa, agentliyin mütəxəssisləri Samtredia şəhərində, qeyri-qanuni kəsim məntəqəsində (fiziki şəxs Roin Burkadze) kritik uyğunsuzluqlar qeydə alıblar. Həmçinin, Bolnisi Munisipalitetinin Talaveri kəndində ət satışı obyektində (fiziki şəxs Rövşən Gülməmmədov) kritik uyğunsuzluqlar aşkar edilib. Baytar nəzarəti olmadan kəsilən iribuynuzlu malın ətində sağlamlıq nişanı olmayıb.
Agentliyin İmereti və Kvemo Kartli regional idarələrinin səlahiyyətli şəxsləri qanunu pozan hər iki şəxsə qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüblər. Biznes operatorları cərimələnib və istehsal prosesi dayandırılıb. Milli Qida Agentliyinin mütəxəssisləri tərəfindən cari ildə keçirilən 5100 dövlət nəzarəti nəticəsində 449 qanun pozuntusu aşkarlanıb” – məlumatda qeyd olunub.