Milli Qida Agentliyi Senakidə qanunsuz quş kəsimi məntəqəsi aşkarlayıb

17:35, 03.09.2026

Milli Qida Agentliyinin Sameqrelo departamentinin inspektorları dövlət nəzarəti çərçivəsində fərdi sahibkar M.N.-ə məxsus quş, yəni bildirçin kəsimi məntəqəsində yoxlama aparıblar. Obyekt Senaki, Nosiri, 22-ci küçə, 27 ünvanında yerləşir. Bu barədə Milli Qida Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, yoxlama zamanı obyektdə ciddi pozuntular və baytarlıq nəzarəti olmadan bildirçinlərin kəsilməsi faktı aşkarlanıb. Həmçinin müəyyən edilib ki, sahibkar məcburi tanınma prosedurundan keçmədən və iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatdan düşmədən fəaliyyət göstərib.

“Qanunvericiliyə uyğun olaraq, biznes operatoru cərimələnib və istehsal prosesi dayandırılıb.

Milli Qida Agentliyi sahibkarları fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə, müvafiq tanınma olmadan məhsul istehsal etməməyə və qida təhlükəsizliyi standartlarına riayət etməyə çağırır”, – deyə Milli Qida Agentliyinin yaydığı məlumatda bildirilir.

Oxşar