Milli Qida Agentliyi Samtredia və Tsğaltubo munisipalitetlərində iki qanunsuz pendir istehsalı müəssisəsinin fəaliyyətini dayandırıb
Milli Qida Agentliyinin İmereti Departamentinin müfəttişləri Samtredianın Mtisdziri kəndində (fərdi sahibkar – V. K.) və Tsğaltubonun Partsxanağanebi kəndində (fərdi sahibkar – T. T.) qanunsuz pendir istehsalı müəssisələrini aşkarlayıblar. Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.
Qurumun məlumatına əsasən, qanunvericiliyə uyğun olaraq, biznes operatorları cərimələnib və istehsal prosesi dayandırılıb.
“Dövlət nəzarəti nəticəsində müəyyən edilib ki, biznes operatoru sonradan satış məqsədilə İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən və məcburi tanınma olmadan pendir istehsal edirmiş. Eyni zamanda, obyektdə kritik uyğunsuzluqlar (texnoloji prosesin pozulması) və istehlakçıya qida haqqında məlumatın verilməsi qaydasının (etiketləmənin) pozulması halı aşkarlanıb.
Milli Qida Agentliyi bütün ölkə miqyasında qanunsuz müəssisələrin aşkarlanmasını davam etdirir və biznes operatorlarını qanunvericiliklə nəzərdə tutulmuş qida təhlükəsizliyi tələblərinə riayət etməyə çağırır” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.