Milli Qida Agentliyi - Şaftalının boyanması faktı üzrə Qurcaaninin Çumlaği kəndində yaşayan şəxsin kimliyi müəyyən edilib, araşdırma çərçivəsində şaftalı nümunələri götürülüb
Milli Qida Agentliyi - Şaftalının boyanması faktı üzrə Qurcaaninin Çumlaği kəndində yaşayan şəxsin kimliyi müəyyən edilib, araşdırma çərçivəsində şaftalı nümunələri götürülüb

 

Sosial şəbəkədə yayılmış şaftalının boyanması faktına dərhal reaksiya verilməsi nəticəsində Qurcaani Munisipalitetinin Çumlaği kəndində yaşayan fiziki şəxsin (Q.U.) kimliyi müəyyən edilib – bu barədə Milli Qida Agentliyi tərəfindən yayılmış bəyanatda deyilir.

Onların məlumatına əsasən, Milli Qida Agentliyinin Kaxeti Regional Xidmətinin müfəttişləri Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə həyata keçirilən araşdırma çərçivəsində şaftalı nümunələrini götürüblər.

Milli Qida Agentliyinin bəyanatına əsasən, laboratoriya tədqiqatının nəticələri əlavə olaraq ictimaiyyətə açıqlanacaq.

“Qeyd etmək lazımdır ki, əhalinin təhlükəsiz qida ilə təmin olunması məqsədilə Milli Qida Agentliyi bütün növ qida məhsullarını mütəmadi olaraq yoxlayır. Mütəxəssislər tərəfindən sistematik şəkildə monitorinq aparılır; Meyvə, tərəvəz və bostan məhsulları müxtəlif göstəricilər: pestisidlər, ağır metallar, radionuklidlər və nitratlar üzrə yoxlanılır. Tədqiqatın nəticələri barədə məlumat ictimaidir və media vasitələri ilə cəmiyyətə çatdırılır; Həmçinin, agentliyin veb saytında əlçatandır. Bundan başqa, Milli Qida Agentliyinin səlahiyyətli şəxsləri ixrac yüklərinin fitosanitar yoxlanışını və sertifikatlaşdırılmasını həyata keçirirlər” – Milli Qida Agentliyinin bəyanatında deyilir.