Milli Qida Agentliyi Qonioda özbək restoranının istehsal prosesini dayandırıb
Acara Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində fərdi sahibkar A. K.-ya məxsus (ünvan: Qonio, Andria Pirveltsodebuli 4-cü döngə N4) özbək restoranında plandankənar yoxlama aparıblar. Məlumatı Milli Qida Agentliyi yayır.
Agentliyin məlumatına əsasən, aşkar edilmiş uyğunsuzluqlara görə restoran qanunvericiliyə uyğun olaraq cərimələnib və istehsal prosesi dayandırılıb.
“Təftiş nəticəsində obyektdə kritik uyğunsuzluqlar, o cümlədən gigiyena normalarının pozulması və infrastrukturun saz vəziyyətdə olmadığı təsbit edilib. İstehlakçıya qida haqqında məlumatın verilməsi qaydası da pozulub. Bununla yanaşı, biznes operatorunun İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Milli Qida Agentliyi dövlət nəzarətini gündəlik rejimdə həyata keçirir. Pozuntuların aşkar edilməsi halında, agentlik qida təhlükəsizliyini və istehlakçıların sağlamlığını qorumaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görür” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.