Milli Qida Agentliyi pozuntulara görə “Tampa” MMC-yə məxsus qənnadı istehsalı müəssisəsinin fəaliyyətini dayandırıb
Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri “Tampa” MMC-yə məxsus qənnadı istehsalı müəssisəsində (ünvan: Ksani küçəsi, 12) plandankənar yoxlama aparıblar.
Yoxlama zamanı müəssisədə kritik uyğunsuzluqlar, gigiyena normalarının pozulması və infrastrukturun nasaz vəziyyətdə olması müəyyən edilib. Eyni zamanda, müəssisənin iqtisadi fəaliyyət subyektlərinin reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Aşkarlanan pozuntulara görə müəssisə cərimələnib, qeydə alınana və müəyyən edilmiş nöqsanlar aradan qaldırılanadək istehsal prosesi dayandırılıb.
Milli Qida Agentliyi sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələblərinə və qida təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirməyə çağırıb.
Məlumatı Milli Qida Agentliyi yayıb.