Milli Qida Agentliyi - "Picot"un uşaq qidasının müəyyən edilmiş partiyaları bazardan demək olar ki, tamamilə yığışdırılıb
“Picot”un uşaq qidasının müəyyən edilmiş partiyaları bazardan demək olar ki, tamamilə yığışdırılıb – bu haqda məlumatı Milli Qida Agentliyi yayır.
Onların məlumatına əsasən, Milli Qida Agentliyinin müvafiq xidmətləri uşaq qidasının idxal olunmuş məhsulu “Picot”un konkret partiyalarının satış bazarından yığışdırılmasına bütün Gürcüstan miqyasında nəzarət edirlər.
“Müəyyən edilmiş partiyalardır: Picot 1 400G – 8000003312; Picot 1 800G – 8000003297; Picot 2 800G – 8000003280.
Agentliyin təftiş qrupları müəyyən edilmiş partiyaları şəbəkə apteklərində, eləcə də topdan və pərakəndə satış obyektlərində yoxlayıblar.
Yoxlanılmış satış obyektlərindən “Picot”un qeyd olunan partiyalarının məhsulları, olması halında, tam şəkildə yığışdırılıb və məhv edilməlidir” – Milli Qida Agentliyinin məlumatında qeyd olunub.
Milli Qida Agentliyi istehlakçını əgər adı çəkilən partiyalardan məhsulu artıq alıbsa, ondan istifadə etməməyə çağırır.
“Cereulide” toksininin mümkün aşkar olunma riskinə görə, “Lactalis Nutrition Santé”(LNS) – “Picot”un uşaq südü məhsullarının konkret partiyaları bazardan yığışdırılıb.