Milli Qida Agentliyi "Müasir Təhsil Akademiyası"nın iaşə müəssisəsində istifadə müddəti keçmiş quş əti, etiketləmə qaydasının pozuntusunu və kritik uyğunsuzluq aşkarlayıb
Milli Qida Agentliyinə daxil olan bildirişlər əsasında, agentliyin Tbilisi Departamentinin müfəttişləri Cavcavadze prospekti 37 ünvanındakı məktəb və uşaq bağçası “Müasir Təhsil Akademiyası”nın iaşə müəssisəsində plandankənar yoxlama aparıblar. Bu haqda bəyanatı Milli Qida Agentliyi yayır.
Onların məlumatında, yoxlama zamanı istifadə müddəti bitmiş quş əti, etiketləmə qaydasının pozuntusu və kritik uyğunsuzluq aşkarlandığı deyilir.
“Biznes operatoru cərimələnib və istehsal prosesi dayandırılıb. Milli Qida Agentliyi məktəblərin və məktəbəqədər tərbiyə müəssisələrinin qida bölmələrində fasiləsiz olaraq yoxlama aparır.
Agentlik istehlakçıları pozuntu müşahidə etmələri halında, 15 01 qaynar xəttinə məlumat qoymağa çağırır.
İstehlak bazarının birgə monitorinqi və əhalinin fəal iştirakı Milli Qida Agentliyinə uyğunsuzluqları vaxtında müəyyən etməyə və aradan qaldırmağa imkan verəcək” – Milli Qida Agentliyinin bəyanatında deyilir.