Milli Qida Agentliyi - Mərmər bağacığına qarşı tədbirlər oktyabrın sonuna qədər davam edəcək
Milli Qida Agentliyi - Mərmər bağacığına qarşı tədbirlər oktyabrın sonuna qədər davam edəcək

 

Mərmər bağacığına qarşı tədbirlər oktyabrın sonuna qədər davam edəcək – bu haqda məlumatı Milli Qida Agentliyi yayır.

Onların məlumatına əsasən, Milli Qida Agentliyinin Asiya mərmər bağacığına qarşı mübarizənin idarəolunması mərkəzi Qərbi Gürcüstanın bütün bölgələrində zərərvericiyə qarşı tədbirlər həyata keçirir.

“Bu mərhələdə agentliyin mütəxəssisləri Lançxuti Munisipalitetində əraziləri termal dumanla təmizləyiblər. Bir neçə ədəd xüsusi texnika səfərbər olunmuşdu. Tədbirlər gecə saatlarında təhlükəsizlik qaydalarına tam əməl olunmaqla həyata keçirilib. Lançxuti Munisipalitetinin Niqoiti, Lesa, Niqvziani və Ninoşvili inzibati ərazilərində 1200 hektar ərazi təmizlənib.

Bu mərhələ üçün Milli Qida Agentliyinin Asiya mərmər bağacığına qarşı mübarizənin idarəolunması mərkəzi tərəfindən ölkə miqyasında aşağıdakı tədbirlər həyata keçirilib: soyuq çiləmə üsulu ilə 101 909,25 hektar qarğıdalı sahəsi, meşə və kəndin perimetri və kolluq təmizlənib; termal dumanla – 339 860 hektar ərazi təmizlənib. 8008 ədəd “monitorinq tələsi” və 207 945 ədəd “cəlb et və məhv et stansiyası” quraşdırılıb. Tədbirlər oktyabrın sonunadək davam edəcək” – Milli Qida Agentliyinin məlumatında qeyd olunub.