Milli Qida Agentliyi Laqodexidə baytarlıq aptekini cərimələyib

15:58, 17.09.2026

 

Kaxeti Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində fərdi sahibkar E.Q.-yə məxsus baytarlıq aptekini (ünvan: Laqodexi, Kabali kəndi) yoxlayıblar və aşkar edilmiş pozuntulara görə cərimələyiblər.

Təftiş nəticəsində obyektdə vaxtı keçmiş preparatlar tapılıb, eyni zamanda etiketləmə qaydası da pozulmuşdu.

Milli Qida Agentliyi istehlakçının mənafeyini qorumaq məqsədilə baytarlıq nəzarətinə tabe olan obyektləri fəal şəkildə yoxlayır və istehlakçıları qayda pozuntusu aşkar etdikdə 15 01 qaynar xəttinə məlumat verməyə çağırır.

Məlumatı Milli Qida Agentliyi yayır.

Oxşar