Milli Qida Agentliyi Kutaisidə qeyri-qanuni kəsimxananın istehsal prosesini dayandırdı
Milli Qida Agentliyi Kutaisidə qeyri-qanuni kəsimxananın istehsal prosesini dayandırdı

 

Milli Qida Agentliyi Kutaisidə qeyri-qanuni kəsimxana aşkar edib.

Milli Qida Agentliyi heyvan kəsimi məntəqələrində dövlət nəzarətini davamlı olaraq həyata keçirir.

Agentliyin İmereti Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində Kutaisidə Şavqulidze küçəsində qeyri-qanuni kəsimxana aşkar ediblər. Fiziki şəxs baytarlıq nəzarəti olmadan kəsir və özbaşına təşkil edilmiş obyektdə donuz balalarını qızardırdı.

Plandankənar təftiş zamanı ciddi uyğunsuzluqlar aşkar edilib, bu səbəbdən şəxsin istehsal prosesi dayandırılıb və cərimələnib. Şübhəli mənşəli ət möhürlənib və qanunvericiliyə uyğun olaraq məhv ediləcək.

Məlumatı Milli Qida Agentliyi yayır.