Milli Qida Agentliyi Kobuleti və Tercolada qanunsuz quş kəsimi məntəqələri aşkar edib

11:48, 13.10.2026

 

Milli Qida Agentliyinin Acara və İmereti departamentlərinin müfəttişləri qanunsuz quş kəsimi məntəqələrinin istehsal prosesini dayandırıblar.

Departamentlər tərəfindən həyata keçirilən dövlət nəzarəti nəticəsində müəyyən edilib ki, fiziki şəxslər N. M. (ünvan: Kobuleti, Daba Çakvi, 7-ci rayon, Acara küçəsi N89) və K. K. (ünvan: Tercola, Siktarva kəndi) sonradan satış məqsədilə quş kəsimini İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən və Agentliyin təsdiqi olmadan həyata keçirirdilər. Obyektlərdə qanunvericiliklə nəzərdə tutulmuş baytarlıq və qida təhlükəsizliyinin məcburi tələbləri də pozulmuşdu. Aşkar edilmiş pozuntulara görə biznes operatorları cərimələnib və onların istehsal prosesi dayandırılıb.

Milli Qida Agentliyi dövlət nəzarətini bütün ölkə miqyasında həyata keçirir. Agentlik biznes operatorlarını qida təhlükəsizliyini və istehlakçıların sağlamlığının qorunmasını təmin etmək üçün fəaliyyətlərini qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq həyata keçirməyə çağırır.

Məlumatı Milli Qida Agentliyi yayır.

Oxşar