Milli Qida Agentliyi Kareli şəhərində qanunsuz quş kəsimi məntəqəsi aşkarlayıb
Milli Qida Agentliyinin Şida Kartli Departamentinin müfəttişləri planlaşdırılmamış dövlət nəzarəti çərçivəsində “Paççuxa” MMC-ni (ünvan: Kareli rayonu, Ruisi kəndi) yoxlayıblar. Bu barədə Milli Qida Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, yoxlama zamanı kəsim məntəqəsində kritik uyğunsuzluqlar aşkarlanıb.
“Bildirilib ki, biznes operatoru məcburi tanınma prosedurundan keçmədən fəaliyyət göstərib. Buna görə də “Paççuxa” MMC-də istehsal prosesi uyğunsuzluqlar aradan qaldırılanadək dayandırılıb və şirkət qanunvericiliyə uyğun olaraq cərimələnib.
Milli Qida Agentliyi bütün Gürcüstan ərazisində qanunsuz fəaliyyət göstərən müəssisələrin və kəsim məntəqələrinin aşkarlanması istiqamətində tədbirləri davam etdirir və biznes operatorlarını müvafiq tanınma sənədi olmadan məhsul istehsal etməməyə çağırır”, – deyə Milli Qida Agentliyinin yaydığı məlumatda qeyd olunur.