Milli Qida Agentliyi İmeretidə qanunsuz süd məhsulları müəssisələrini aşkarlayıb

16:44, 01.10.2026

 

Milli Qida Agentliyinin İmereti Departamentinin müfəttişləri süd məhsulları istehsal edən qanunsuz obyektlərin istehsal prosesini dayandırıblar.

Qurumun məlumatına əsasən, Kutaisi və Tsğaltuboda fərdi sahibkarlar N. T. (ünvan: Kutaisi, Nikea küçəsi N19) və N. K.-ya (ünvan: Tsğaltubo, Mağlaki kəndi, 3-cü küçə N72) məxsus obyektlərdə təftiş nəticəsində kritik uyğunsuzluqlar aşkarlanıb. Eyni zamanda, ortaya çıxıb ki, biznes operatorları qida məhsulunu (qatıq, pendir) məcburi tanınma və İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən istehsal edirmişlər.

Qanunvericiliyə uyğun olaraq, biznes operatorları cərimələnib və istehsal prosesi dayandırılıb.

Milli Qida Agentliyi bütün ölkə miqyasında qanunsuz müəssisələrin aşkarlanmasını davam etdirir və biznes operatorlarını qida təhlükəsizliyi tələblərinə riayət etməyə çağırır.

Oxşar