Milli Qida Agentliyi İmereti sığınacağında quduzluğa nəzarət məqsədilə saxlanılan 15 iti, onlara baxmaq istəyən şəxslərin olması səbəbilə Tercola rayonuna köçürüb
Milli Qida Agentliyi İmereti sığınacağında quduzluğa nəzarət məqsədilə saxlanılan 15 iti, onlara baxmaq istəyən şəxslərin olması səbəbilə Tercola rayonuna köçürüb

Milli Qida Agentliyi heyvansevərlərlə aktiv iş nəticəsində Martvili bələdiyyəsindən İmereti bölgələrarası sığınacağa quduzluğa nəzarət məqsədilə gətirilmiş 42 itdən 15-nə rəsmi şəkildə himayəyə götürülmək üçün müraciət edən şəxslər tapılıb.

Milli Qida Agentliyi-nin məlumatına görə, qanunvericiliyə uyğun olaraq Gürcüstan Heyvanlar Federasiyası (GAF) agentliyə rəsmi müraciət edib.

“Mütəxəssislər tərəfindən yoxlanılıb və müəyyən edilib ki, himayədarın Tercola bələdiyyəsində yerləşən sahəsi müəyyən edilmiş tələblərə uyğundur. Bu tələblərə heyvanların izolasiya edilməsi, insanlarla və digər heyvanlarla təmasının məhdudlaşdırılması daxildir.

Hipertopulyasiyanın idarə edilməsi qrupları təhlükəsizlik qaydalarına tam riayət etməklə itləri sığınacaqdan çıxararaq himayədara köçürüblər. Orada 6 aylıq (xəstəliyin inkubasiya dövrü) müşahidə himayədarın məsuliyyəti altında aparılacaq.

22 may tarixinə olan məlumata görə, İmereti bölgələrarası sığınacaqda 27 it qalır. Hazırda Milli Qida Agentliyi mütəxəssisləri tərəfindən itləri himayəyə götürmək istəyən daha bir şəxsin müraciəti nəzərdən keçirilir.

Mütəxəssislər tələblərə uyğunluğu araşdırır. Qərar qanunvericiliyə, heyvanların rifahına, ictimai təhlükəsizliyə və standartlara tam uyğun şəkildə qəbul ediləcək. Şərtlər yerinə yetirildiyi halda, itlərin himayədara verilməsi təhlükəsizlik qaydalarına tam riayət olunmaqla təmin olunacaq.

Cari ilin 8 aprelindən 1 may tarixinədək Martvili bələdiyyəsindən İmereti bölgələrarası (Kutaisi şəhəri) sığınacağa quduzluğa şübhəli 51 peyvənd olunmamış it köçürülüb. Onlardan 9-u ölüb: 3-də laborator müayinələrlə quduzluq təsdiqlənib, 6-sının ölüm səbəbi isə yanaşı xəstəliklər olub.

Milli Qida Agentliyi bildirir ki, heyvansevərlərə İmereti sığınacağında müşahidə altında olan itlər yalnız bütün tələblər yerinə yetirildiyi halda təhvil veriləcək.