Milli Qida Agentliyi hisə verilmiş balıqların hazırlandığı qanunsuz müəssisədə kritik uyğunsuzluqlar aşkarlayıb
Milli Qida Agentliyi hisə verilmiş balıqların hazırlandığı qanunsuz müəssisədə kritik uyğunsuzluqlar aşkarlayıb

 

Milli Qida Agentliyinin Sameqrelo-Zemo Svaneti Departamenti Xobi Munisipalitetinin Patara Poti kəndində hisə verilmiş balıqların hazırlandığı qanunsuz müəssisə aşkarlayıb.

Milli Qida Agentliyinin məlumatına əsasən, kiçik sahibkar L.E. dövlət reyestrində qeydiyyatdan keçmədən və qanunvericiliklə nəzərdə tutulmuş tanınma olmadan fəaliyyət göstərirdi.

“Bundan başqa, təftiş zamanı kritik uyğunsuzluqlar aşkar edilib: gigiyena normalarının pozulması; müəssisənin infrastrukturunun, cihazlarının və avadanlıqlarının nasazlığı; çirklənmiş inventar; biznes operatoru balığın hisə verilməsini və qurudulmasını risk daşıyan metodla həyata keçirirdi. Qeyd olunmuş pozuntulara görə sahibkar Gürcüstan qanunvericiliyinə uyğun olaraq cərimələnib və kritik uyğunsuzluqlar tamamilə aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb. Milli Qida Agentliyinin nəzarəti altında məhv ediləcək 500 kiloqrama qədər xam və hisə verilmiş sazan balığı götürülüb” – Milli Qida Agentliyinin məlumatında qeyd olunub.