Milli Qida Agentliyi – Gürcüstanda quş qripinə təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb
Milli Qida Agentliyi, Heyvan Sağlamlığının Mühafizəsi Proqramı çərçivəsində, daimi rejimdə xəstəliklər üzərində nəzarəti və laboratoriya tədqiqatlarını, o cümlədən quş qripi üzrə tədqiqatları həyata keçirir. Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.
Qurumun məlumatına əsasən, aparılan tədqiqatlar nəticəsində, Gürcüstanda quş qripinə təsdiqlənmiş yoluxma halı müşahidə olunmur.
“Qeyd etmək lazımdır ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, biznes operator yoluxucu xəstəliklə bağlı şübhə yarandıqda və ya aşkar edildikdə dərhal Agentliyə məlumat verməyə borcludur ki, Agentlik biznes operator ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin. Bu mərhələdə Agentlik hər hansı infeksiyanın yayılması ilə bağlı bildiriş almayıb. Milli Qida Agentliyi quşçuluq sahəsinin nümayəndələri ilə intensiv rejimdə ünsiyyəti və monitorinqi davam etdirir” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.