Milli Qida Agentliyi - ət emalı biznes-operatorunun istehsal prosesi kritik uyğunsuzluqlara görə dayandırıldı
Daxil olan bildiriş əsasında, Milli Qida Agentliyinin Tbilisi Şəhər Xidmətinin təftiş qrupları Tbilisi şəhərində, D. Jğenti küçəsi 2 ünvanında yerləşən ət emalı müəssisəsini yoxladılar, hansı da Milli Qida Agentliyini yan keçərək, qanunvericiliklə müəyyən edilmiş etirafın verilməsi olmadan fəaliyyət göstərirdi.
Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.
Elə onların məlumatına görə, müəssisədə kritik uyğunsuzluqlar aşkar edildi, o cümlədən sanitar-gigiyen normalarının, qida istehsalı texnologiyası prosesinin, etiketlaşdirmə qaydasının pozulması.
“Bundan başqa, biznes-operator iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatsız fəaliyyət göstərirdi (65-ci maddənin birinci hissəsi). Agentliyin səlahiyyətli nümayəndəsi, aşkar edilmiş pozuntulara müvafiq olaraq, qanunla müəyyən edilmiş tədbirləri gördülər – biznes-operator cərimələndi və istehsal prosesi dayandırıldı”, – Milli Qida Agentliyinin məlumatında deyilir.