Milli Qida Agentliyi Çxorotsğuda qanunsuz heyvan və quş kəsimi məntəqəsi aşkarlayıb
Sameqrelo-Zemo Svaneti Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində fiziki şəxs B. Ş.-yə (ünvan: Çxorotsğu, bazarın ətrafı) məxsus quş və heyvan kəsimi məntəqəsində plandankənar yoxlama aparıblar. Biznes operatoru İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən və məcburi tanınma olmadan fəaliyyət göstərirmiş. Yoxlama prosesində gigiyenik normaların pozulması ilə yanaşı, heyvan və quş kəsiminin baytarlıq nəzarəti olmadan həyata keçirildiyi məlum olub.
Aşkarlanmış uyğunsuzluqlara görə fiziki şəxs cərimələnib və istehsalat prosesi dayandırılıb.
Milli Qida Agentliyi bütün Gürcüstan miqyasında qanunsuz müəssisə və kəsim məntəqələrinin üzə çıxarılmasını davam etdirir, qida istehsalçılarını və satıcılarını qanunvericiliklə müəyyən edilmiş təhlükəsizlik tələblərinə riayət etməyə çağırır.
Məlumatı Milli Qida Agentliyinin mətbuat xidməti yayır.