Milli Qida Agentliyi Batumidə yarımfabrikat məhsulların qanunsuz müəssisəsini aşkar edib
Milli Qida Agentliyi Batumidə yarımfabrikat məhsulların qanunsuz müəssisəsini aşkar edib

 

Milli Qida Agentliyinin Acara Departamentinin müfəttişləri plandankənar təftiş nəticəsində yarımfabrikat müəssisəsində kritik uyğunsuzluqlar aşkar ediblər.

Milli Qida Agentliyinin məlumatına əsasən, MMC “Rogia” (ünvan: Batumi şəh., Mtsvane Kontsxi ərazisi, Satnoeba küçəsi № 7) gigiyena normalarını tamamilə pozaraq, tanınma və İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyat olmadan yarımfabrikat məhsulları istehsal edirdi. Həmçinin, istehlakçıya qida haqqında məlumat vermək qaydası pozulmuşdu.

“Biznes operatoru kritik uyğunsuzluqlara görə cərimələnib. MMC “Rogia”nın istehsal prosesi kritik uyğunsuzluqlar aradan qaldırılana, fəaliyyət tanınıb qeydiyyata alınana qədər dayandırılıb” – Milli Qida Agentliyinin məlumatında deyilir.

Milli Qida Agentliyi biznes operatorlarına xatırladır ki, Gürcüstan qanunvericiliyinə əsasən, İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən və tanınma olmadan fəaliyyət qadağandır.

Milli Qida Agentliyinin məlumatına əsasən, tanınma proseduru və məcburi tanınmaya tabe tutulan iqtisadi fəaliyyətləri agentliyin veb saytında görmək olar.