Milli Qida Agentliyi Batumidə uşaq bağçasının qida bölməsində istehsal prosesini dayandırıb
Milli Qida Agentliyi Batumidə uşaq bağçasının qida bölməsində istehsal prosesini dayandırıb – bu haqda məlumatı Milli Qida Agentliyi yayır.
Onların məlumatında, yoxlama zamanı kritik uyğunsuzluqlar aşkar edildiyi deyilir.
“Milli Qida Agentliyinin Acara Departamentinin müfəttişləri alınan bildiriş əsasında, Batumidə Tbel Abuseridze küçəsi 1 ünvanında yerləşən “Star Batumi” (identifikasiya kodu 345682692) uşaq bağçasında plandankənar təftiş həyata keçiriblər.
Yoxlama zamanı kritik uyğunsuzluqlar, qeyri-müvafiq yuma-dezinfeksiya və su təchizatı problemi aşkar edilib. Həmçinin, biznes operatorunun İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyat olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Qeyd olunan uyğunsuzluqlara görə biznes operatoru cərimələnib və pozuntular aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.
Milli Qida Agentliyi istehlakçıları pozuntu aşkar edilməsi halında, 15-01 qaynar xəttinə məlumat buraxmağa çağırır.
İstehlak bazarının birgə monitorinqi və əhalinin fəal iştirakı Milli Qida Agentliyinə uyğunsuzluqları vaxtında aşkarlamağa və aradan qaldırmağa imkan verəcək” – məlumatda qeyd olunub.