Milli Qida Agentliyi Bağdatidə qeyri-qanuni pendir istehsalı müəssisəsi aşkar edib
Milli Qida Agentliyinin İmereti departamentinin inspektorları Bağdatidə qeyri-qanuni pendir istehsalı müəssisəsinin fəaliyyətini dayandırıblar. Bu barədə məlumatı Milli Qida Agentliyi yayıb.
Qurumun məlumatına görə, aşkar olunmuş uyğunsuzluqlara görə biznes operatoru cərimələnib və obyektin istehsal prosesi dayandırılıb.
“Fərdi sahibkar A.M. (ünvan: Bağdati rayonu, Roxi kəndi) məcburi tanınma və iqtisadi fəaliyyətlər reyestrində qeydiyyat olmadan fəaliyyət göstərib. Obyektdə kritik uyğunsuzluqlar qeydə alınıb. Həmçinin istehlakçılara qida haqqında məlumatın təqdim edilməsi qaydaları da pozulub.
Milli Qida Agentliyi biznes operatorlarına xatırladır ki, Gürcüstan qanunvericiliyinə əsasən, iqtisadi fəaliyyətlər reyestrində qeydiyyat və tanınma olmadan fəaliyyət göstərmək qadağandır (tanınmaya tabe fəaliyyətlərin siyahısı ilə Qida/yem təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi məcəlləsinin 13-cü maddəsində tanış olmaq mümkündür)”, – deyə qurumun məlumatında bildirilir.