Milli Qida Agentliyi alkoqolsuz içki istehsalı müəssisələrində “Surneli 2008” və “Tbilisuri”də pozuntular aşkarlayıb və istehsal prosesini dayandırıb
Milli Qida Agentliyi alkoqolsuz içki istehsalı müəssisələrində “Surneli 2008” və “Tbilisuri”də pozuntular aşkarlayıb. Bu haqda məlumatı Milli Qida Agentliyi yayır.
Agentliyin məlumatına əsasən, qanunvericiliyə uyğun olaraq biznes operatorları cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.
“Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri Tbilisidəki alkoqolsuz içki istehsalı müəssisələrində MMC “Surneli 2008” (ünvan: Tavadze küç. 12) və fərdi sahibkar Q.M.-yə məxsus “Tbilisuri” müəssisəsində (ünvan: Serqi Cikia küçəsi N28) plandankənar yoxlama aparıblar.
Yoxlama nəticəsində kritik uyğunsuzluqlar aşkar edilib: gigiyenik normaların pozulması; qeyri-müvafiq yuyulma və dezinfeksiya. Həmçinin, “Tbilisuri” müəssisəsində qeydə alınıb: markalanma (etiketləmə) qaydalarının pozulması və qida əlavələrinin izlənilməsi qaydalarının pozulması.
“Qanunvericiliyə uyğun olaraq biznes operatorları cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.
Milli Qida Agentliyi biznes operatorlarını fəaliyyətlərini qanunvericiliyin tələblərinə və qida təhlükəsizliyi standartlarına əməl etməklə həyata keçirməyə çağırır” – Milli Qida Agentliyinin yaydığı məlumatda deyilir.