Milli Qida Agentliyi Abaşada və Samtrediyada baytarlıq nəzarəti olmadan heyvan kəsimi faktlarını aşkarlayıb
Gürcüstan Dəmir Yollarında bildirirlər ki, Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı müzakirə aparılmır.
Məlum olduğu kimi, Rusiya mediasında Rusiya baş nazirinin müavini Aleksey Overçukun bəyanatı yayılıb. Bəyanata görə, “Qafqazda bütün zədələnmiş marşrutların blokdan çıxarılması üzrə iş aparılır, o cümlədən Rusiya Federasiyası ilə Gürcüstan arasında Abxaziya üzərindən dəmir yolunun bərpası imkanına baxılır”.
Gürcüstan Dəmir Yollarında bildirirlər ki, bu məsələnin niyə gündəmə gətirildiyi anlaşılmazdır.
“Gürcüstan Dəmir Yollarında Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı müzakirə aparılmır, buna görə də bizim üçün tamamilə anlaşılmazdır ki, bu məsələ niyə gündəmə gətirilib”, – Gürcüstan Dəmir Yollarında bildiriblər.