Milli Müdafiə Akademiyasında Beynəlxalq Kadetlər Həftəsi başa çatıb
Milli Müdafiə Akademiyasında Beynəlxalq Kadetlər Həftəsi başa çatıb

 

Davit Ağmaşenebeli adına Gürcüstanın Milli Müdafiə Akademiyasında IX Beynəlxalq Kadetlər Həftəsi başa çatıb. Milli Müdafiə Akademiyasının rektor müavini, Akademiyanın Baş Qərargah rəisi, polkovnik İmeda Qvritişvili kadetləri proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib.

Polkovnik kadetlərə göstərdikləri marağa və fəallığa görə təşəkkür edib və onlara uğurlar arzulayıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri verilib.

Tədbir xaricdəki aparıcı ali hərbi təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsinə və qonaqları Milli Müdafiə Akademiyası və Gürcüstanla daha yaxşı tanış etməyə xidmət edirdi.

Gürcüstanın Milli Müdafiə Akademiyası IX Beynəlxalq Kadetlər Həftəsi çərçivəsində 15 ali təhsil müəssisəsinin, o cümlədən 12 xarici təhsil müəssisəsinin nümayəndələrinə ev sahibliyi edib. Həftə ərzində iştirakçılar müxtəlif akademik, hərbi və mədəni-öyrədici tədbirlərdə iştirak etmək və bir-biriləri ilə təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Proqram rəngarəng təqdimatlarla, idman yarışları və ekskursiyalarla zəngin idi.